Monoreklam sizə vinil, baner, akril, neon materialları haqda məlumat verir

Vinil

Vinil – reklam materiallarının hazırlanmasında, dekorativ hərflərin hazırlanmasında geniş istifadə olunan yapışqan vinillərdir. Orakal vinillərin bir neçə növləri mövcuddur. Applikasion vinillərin yaxşı dözümlük qabiliyyəti var və onlar plotter kəsimi üçün daha çox yararlıdırlar. Bu vinil növləri nəqliyyat reklamları və sərgi stendlərin hazırlanması  üçün istifadə olunur. Translyusent (işıq paylayan) vinillər yüksək elastikliyə malik olduğuna görə işıqlı reklam konstruksiyaların hazırlanmasında istifadə olunur. Şəffaf vitraj vinilləri vitrin reklamların hazırlanmasında istifadə olunur. Flyurosent vinilləri isə reklama daha çox diqqət yetirilməsi üçün istifadə olunur.

Banner

Banner – üzərində məlumat və yaxud reklam xarakterli məzmun çap olunmuş düzbucaq formalı parçadır. Bu material növü iri formatlı çap avadanlığında çap olunub, çöl reklamlarında istifadə olunur. Binaların üzünə vurmaq üçün bannerin digər növü torlu bannerlərdən istifadə olunur, buda konstruksiyanın yükünü azaldır və yelkən effektini itirir.

Akril

Akril və yaxud orqsteklo – ən çox yayılan plastik növüdür. Bu material daxili işıqlanan reklam məhsullarında istifadə olunur. Bu məqsəd üçün də daha bahalı və daha dözümlü polikarbonat materialı istifadə olunur. İşıq buraxan şəffaf akril plastikin xüsusiyyətləri adi şüşənin xüsusiyyətlərinə bənzəyir. Keyfiyyətli akril plastiki illərlə öz xarici görünüşünü itirmir və rahat əyilib, az bir hərarətdə müəyyən formalar ala bilir. Bu materialı dixloretanla yapışdırmaq olur.

Neon

Neon və yaxud neon lampalar – neon reklamın təməlidir. Lampaların üzərində rəng və müxtəlif kölgələr verən xüsusi örtük – lyuminofor var. Lyuminofor yalnız bir işıq dalğasından işığı buraxır, buda neon lampaların palitrasının kölgələrini 100 dəfə  artırır. Rəngli şüşənin effektini gücləndirir. Neon trubaların (lampaların) aşağıda göstərilən növləri olur:

  • Açıq (heç bir çeylə bağlanılmır),
  • Bağlı (daxili işıqlandırma ilə)
  • Kontrajur (işıq fonunda hərflər)

Müxtəlif növ neon işləmələrinin digər çöl reklamları ilə birləşməsi mümkündür.