Azərbaycan Respublikasının Reklam Qanunu
I fəsil. Ümumi müddəalar
Bu Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin əmtəə, iş və xidmət (bundan sonra – əmtəə) bazarında reklam istehsalı, yerləşdirilməsi və yayımı prosesində meydana çıxan münasibətləri tənzimləyir.
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı məna daşıyır:
- «reklam» – fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiya;
- «reklam» -qeyri-kommersiya xarakteri daşıyan Azərbaycan Respublikasının müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin açıqlanması və geniş xalq kütləsinə çatdırılan, Azəreklam qanunuının müstəqilliyinə qarşı biganəliyə qarşı barışmazlıq, milli, hərbi vətənpərvərlik hissini gücləndirən, ictimai şüuru yeni iqtisadi münasibətlərə uyğunlaşdıran, sahibkarlıq və xeyriyyəçilik kimi milli ənənələri bərpa edən, əhalidə nikbinlik, gələcəyə inam, təmkinlik ovqatlarını formalaşdıran, siyasi, sanitariya, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə dövlət orqanları, ictimai institutlar tərəfindən sifariş olunan və istənilən reklam daşıyıcıları ilə yayılan informasiya;
- «yolverilməz reklam» – yanlış, qeyri-etik, bilərəkdən yalan, həmçinin məzmunu, yayılma yeri və üsulu baxımından qanunvericiliklə nəzərdə tutulan tələbləri pozan reklamdır;
- «əksreklam» – yolverilməz reklamın təkzibi və onun doğurduğu nəticələri aradan qaldırmaq üçün yayılan reklamdır;
- «reklam istehlakçısı» – nəticə etibarilə ona təsir edən, yaxud edə bilən reklam məlumatı nəzərinə çatdırılan fiziki və ya hüquqi şəxsdir;
- «reklam daşıyıcısı» – mülkiyyət formasından asılı olmayaraq, reklamın istehlakçıya bilavasitə çatdırılması üçün istifadə olunan (kütləvi informasiya vasitələri, kino, audio, video və nəşr məhsulları, stasionar, mobil və digər texniki qurğu və avadanlıqlar) istənilən vasitədir;
- «reklam sifarişçisi» – reklamın istehsalı, yerləşdirilməsi və yayılması üçün reklam informasiyasının mənbəyi olan fiziki və ya hüquqi şəxsdir;
- «reklam istehsalçısı» reklam informasiyasını yayım üçün tam və ya qismən hazırlayan fiziki və ya hüquqi şəxsdir;
- «reklam yayıcısı» -əmlakdan, o cümlədən kütləvi informasiya vasitələrindən, istifadə və ya onun istifadəyə verilməsi yolu ilə və digər üsullarla reklamı yerləşdirən (yayan) fiziki və ya hüquqi şəxsdir;
- «reklam agentliyi» – hüquqi şəxs olan, reklam istehsalı və yayımı ilə bağlı kompleks xidmətlər göstərən peşəkar təşkilat;
- «sponsorluq» – könüllü təmannalı pul və maddi yardımın və ya pulsuz xidmətlərin göstərilməsidir;
- «oferta» – müqavilə bağlamaq niyyətində olan şəxsin bir və ya bir neçə konkret şəxsə ünvanlanan, müqavilənin mühüm şərtləri göstərilən və bu şəxsin təklifinə cavab verən hər bir şəxslə onun müqaviləbağlamaq iradəsində olduğunu göstərən təklifdir.
Maddə 2. Qanunun tətbiq sahəsi
- Bu Qanun Azərbaycan Respublikası ərazisində reklam sifarişi, istehsalı və yayımı ilə məşğul olan hüquqi şəxslərə (onların filial və nümayəndəliklərinə) və fiziki şəxslərəşamil edilir.
- Bu Qanun siyasi reklama, habelə hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlarına şamil edilmir.
Maddə 3. Reklam fəaliyyətinin subyektləri
İstehsalçı, əmtəə, xidmət, ideya, yeniliklər haqqında maraq formalaşdırmaq və ya marağı saxlamaq istiqamətində məqsədyönlü fəaliyyət göstərən reklam sifarişçiləri, istehsalçıları və yayıcıları, reklam agentlikləri reklam fəaliyyətinin subyektləridirlər.
Maddə 4. Reklam haqqında qanunvericilik
Azərbaycan Respublikasında reklam fəaliyyəti bu Qanunla və Azərbaycan Respublikasının qüvvədə olan digər qanunvericilik aktları ilə tənzimlənir.
Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bu Qanunda göstərilənlərdən fərqli qaydalar nəzərdə tutulduqda, beynəlxalq müqavilələrdə təsbit olunan qaydalar tətbiq edilir.
Maddə 5. Reklama müəlliflik hüququ
Reklam «Müəlliflik hüququ vəəlaqəli hüquqlar haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan şərtlərlə müəlliflik hüququ vəəlaqəli hüquqlar obyektidir və bu hüquqlar mövcud qanunvericiliyə uyğun olaraq qorunur.
II fəsil. Reklama ümumi və xüsusi tələblər
Maddə 6. Reklama ümumi tələblər
1. Məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan əmtəələrin reklamı qadağandır.
Bazar subyektlərinin, əmtəənin istehlakçını çaşdıra bilən yanlış müqayisə edilməsi və onun reklam yayımı, əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması kimi istehlakçıları çaşdırmağa yönəldilmiş hərəkətlər yolverilməzdir.
Əvvəlcədən müvafiq xəbərdarlıq etmədən, qeyri-reklam xarakterli kütləvi informasiya, kino və nəşr məhsullarında, konkret əmtəəyə, yaxud istehsalçıya, icraçıya və ya satıcıya maraq formalaşdırmaq və ya marağı saxlamaq məqsədi ilə, reklam istehlakçısının diqqətini məqsədyönlü şəkildə cəlb edilməsinə yol verilmir. Bu materiallar hissə-hissə yayıldıqda, reklam haqqında xəbərdarlıq da bu hissələrin sayına uyğun təkrar olunmalıdır.
Kütləvi informasiya vasitələrində reklam informasiya, redaksiya və ya müəllif materialı kimi dərc olunduqda, yaxud yayıldıqda, ondan ötrü haqq alınmır.
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə istehsalı və realizə olunması qadağan olunan əmtəənin reklamına yol verilmir.
- Reklam sifarişçisinin fəaliyyəti üçün lisenziya tələb olunduqda, reklamda lisenziyanın nömrəsi və bu lisenziyanı verən təşkilatın adı göstərilməlidir.
- Reklam olunan əmtəənin sertifikatlaşması zəruri olduğu halda reklam yayımı «mütləq sertifikatlaşmalıdır» yazısı ilə müşayiət olunmalıdır.
- Müstəsna hüquq obyektlərinin (intellektual mülkiyyət) reklamda istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilə bilər.
- Reklam vətəndaşları zorakılığa, təcavüzə çağırmamalı, çaşqınlıq yaratmamalı, həmçinin fiziki şəxslərin sağlamlığına və təhlükəsizliyinə xələl gətirə bilən hərəkətlərə, təbiəti mühafizə qanunvericiliyinin pozulmasına yönəlmiş fəaliyyətə təhrik etməməlidir.
- Mədəniyyət sərvətləri, o cümlədən dini təyinatlı mədəniyyət sərvətləri onların mənsub olduğu mülkiyyətçilərin (istifadəçilərin), o cümlədən dini qurumların razılığı olmadan reklam məqsədi iləistifadə edilə bilməzlər.
- Azərbaycan Respublikasının ərazisində reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı, digər dillər dəistifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.
- Azərbaycan Respublikası ərazisində reklam olunan malların (işlərin, xidmətlərin) qiyməti göstərildikdə, həmin qiymət yalnız manatla göstərilməlidir.
Maddə 7. Haqsız reklam
Aşağıdakı hallarda reklam haqsız sayılır:
- reklam olunan əmtəədən istifadə etməyən hüquqi və fiziki şəxsləri gözdən saldıqda;
- mahiyyətcə reklam olunan əmtəə ilə digər hüquqi və fiziki şəxslərin əmtəələri arasında qeyrietik müqayisə apardıqda, həmçinin rəqibin şərəf və ləyaqətini, yaxud işgüzar nüfuzunu təhqir edən obraz vəməna daşıdıqda;
- reklam olunan əmtəə haqqında, başqa reklamlarda istifadə olunmuş ümumi layihəni, mətni, reklam formullarını, əksləri musiqi və ya səs effektlərini imitasiya və köçürməklə, həmçinin fiziki şəxslərin etimadından, yaxud onların təcrübəsizliyindən sui-istifadə etməklə, o cümlədən reklamda əhəmiyyətli informasiyanın müəyyən hissəsini qəsdən gizlətməklə istehlakçıları yanlış istiqamətləndirdikdə.
Haqsız reklama yol verilmir.
Maddə 8. Qeyri-dəqiq reklam
Aşağıdakılar barədə həqiqətə uyğun olmayan məlumatları əks etdirən reklam qeyri-dəqiq hesab olunur:
- əmtəənin tərkibi, hazırlanma üsulu və tarixi, təyinatı, istehlak xassələri, istifadə şərtləri, sertifikat və dövlət standartlarına uyğunluq nişanlarının mövcudluğu, kəmiyyəti və istehsal olunduğu yer;
- əmtəənin bazarda mövcudluğu, onun göstərilən həcmdə, vaxtda və yerdəəldə edilməsi imkanları;
- reklamın yayımı anında əmtəənin dəyəri (qiyməti);
- ödəmənin əlavə şərtləri;
- əmtəənin yerinə çatdırılması, dəyişdirilməsi, geri qaytarılması, təmiri və digər xidmətlər;
- yararlılıq müddəti, xidmət müddəti və təminat öhdəliyi;
- dövlət rəmzlərindən (bayraq, gerb, himn), həmçinin beynəlxalq təşkilatların rəmzlərindən istifadə hüquqları;
- rəsmi tanınmaq, medallar, prizlər, diplomlar və digər mükafatların alınması;
- əmtəə seriyanın müəyyən qismi təşkil edirsə, onun tam seriyasının əldə edilməsi haqqında məlumat verilməsinin mümkünlüyü;
- tədqiqat və sınaqların nəticələri, elmi terminlər, texniki, elmi və digər dərc olunmuş materiallardan sitatlar;
- statistik məlumatlar;
- başqa əmtəə (əmtəələr) ilə, həmçinin digər fiziki və hüquqi şəxslərin mövqe və hüquqları ilə müqayisə;
- reklam sifarişçisi haqda məlumat vəəmtəəyə olan tələbatın faktiki ölçüsü.
Sənədli şəkildə təsdiqlənmədiyi halda «ən», «yalnız», «təkcə» və bu kimi digər terminlərdən istifadə
edildikdə.
Qeyri-dəqiq reklama yol verilmir.
Maddə 9. Qeyri-etik reklam
1. Aşağıdakı hallarda reklam qeyri-etik sayılır:
- mətnində, görünüşündə və səslənməsində irqlər, millətlər, peşələr, sosial kateqoriyalar, yaş qrupları, cinslər, dillər, yaxud fiziki şəxslərin dini, fəlsəfi, siyasi və digər formada əqidələrinə, həmçinin ümumi qəbul edilmiş humanizm vəəxlaq normalarına zidd olan təhqiramiz sözlər, müqayisələr və obrazlar işlədildikdə;
- milli və ümumbəşəri mədəni irs olan incəsənət obyektlərini, Azərbaycan Respublikasının və başqa dövlətlərin milli valyutalarını, dini rəmzləri, hər hansı fiziki və ya hüquqi şəxsi, fəaliyyəti, peşəni və yaəmtəəni gözdən saldıqda.
2. Fiziki və ya hüquqi şəxsin mənliyinə, işgüzarlıq nüfuzuna, hüququna xələl gətirə bilən (böhtan, iftira və s. xarakterli) reklam yayıldığı təqdirdə o, reklam sifarişçisinə, istehsalçısına və yayıcısına dair Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məhkəmədə (iqtisad məhkəməsində) iddia qaldıra bilər.
Qeyri-etik reklama yol verilmir.
Maddə 10. Bilərəkdən yalan reklam
O reklam bilərəkdən yalan hesab edilir ki, onun köməyi ilə reklam sifarişçisi (reklam istehsalçısı, reklam yayıcısı və ya reklam agentliyi) reklam istehlakçısını qəsdən yanlış istiqamətləndirir.
Bilərəkdən yalan reklama yol verilmir.
Maddə 11. Gizli reklam
Radio, tele, audio, kino, nəşr və digər məhsullarda istifadə olunan və başqa üsullarla yayılan, istehlakçının şüuruna özünün dərk etmədiyi təsir edən reklam (o cümlədən xüsusi videoparçalar, ikili səsyazma və sairə vasitələr tətbiq etməklə) gizli reklam sayılır.
Gizli reklama yol verilmir.
Maddə 12. Teleradio proqramlarında (verilişlərində) reklamın xüsusiyyətləri
Teleradio proqramlarında (verilişlərində) reklamın yayım qaydası müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 13. Dövri mətbuatda reklamın xüsusiyyətləri
Reklam xarakterli məlumat və materiallar üzrə ixtisaslaşmayan dövri mətbuat orqanında bir nömrənin ümumi həcminin 40 faizindən çoxunu reklam təşkil edə bilməz.
Maddə 14. Kino, video və arayış xidmətində reklamın xüsusiyyətləri
- Kino və video xidmətində filmin nümayişini, hissələr (seriyalar) arası istisna olunmaqla, reklamla kəsməyə yol verilmir.
- Telefon arayış xidmətində reklam yalnız abonent tərəfindən soruşulan arayış (arayışlar) verildikdən sonra təqdim oluna bilər.
- Ödənişli telefon arayışı kompüter və digər xidmətlərdə reklam yalnız abonentin razılığı ilə təqdim edilə bilər. Bu reklamın qiyməti abonentə verilən arayışın dəyərinə daxil edilə bilməz.
Maddə 15. Küçə (divar) reklamının xüsusiyyətləri
- Şəhər və kənd yaşayış məntəqələrində, digər ərazilərdə reklam yayımı plakat, stend, işıq tabloları və sabit yerləşdirilən digər texniki qurğular şəklində, bu maddənin 2-ci, 3-cü və 4-cü bəndlərindəgöstərilən qaydalarda həyata keçirilə bilər. Küçə reklamı yol hərəkət nişanları ilə oxşar olmamalı, yollarda görmə zonalarını və təhlükəsizliyi azaltmamalıdır.
- Şəhər, kənd yaşayış məntəqələrində və başqa ərazilərdə küçə reklamını müvafiq icra hakimiyyəti orqanlarının icazəsi ilə yerləşdirmək olar.
- 3. Avtomobil yollarının təhkim zolağında reklam lövhələri, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olmayan digər məlumat işarələri və göstəriciləri müvafiq icra hakimiyyəti orqanlarıilə razılaşdırılmaqla, avtomobil yollarının mülkiyyətçisi ilə reklam yayıcısı arasında bağlanılan müqavilə əsasında yerləşdirilə bilər.
- Küçə reklamlarının yerləşdirilməsi, yayımı və reklam tarifi zonaları üzrə ödənilən haqqın minimum miqdarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi üçün dövlət rüsumu ödənilir.
Bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə reklam yayıcısı tərəfindən müqaviləəsasında ödənilən haqq müvafiq bələdiyyələrin hesabına köçürülür; dövlət mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamına görə reklam yayıcısı tərəfindən müqaviləəsasında ödənilən haqq isə müvafiq icra hakimiyyəti orqanının hesabına daxil edilir.
Reklam yayıcıları xüsusi mülkiyyətdə olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə reklamını onların mülkiyyətçisi (mülkiyyətçiləri) ilə bağlanılan müqavilə (bu maddənin 2-ci və 3-cü bəndlərində göstərilən tələblər nəzərə alınmaqla) əsasında yerləşdirə bilərlər.
5. Küçə reklamının bina, tikili (o cümlədən, mədəniyyət abidələrinin, mərasim obyektlərinin, qorunan təbiət komplekslərinin) və digər obyektlərdə yerləşdirilməsi yolu ilə yayımı, həmçinin bu reklamın yayımı üçün ödəniş haqqının miqdarı və ödəniş qaydası (bu maddənin 2, 3 və 4-cü bəndlərində göstərilən tələblər nəzərə alınmaqla) mülkiyyətçi ilə bağlanmış müqaviləəsasında həyata keçirilir.
Maddə 16. Nəqliyyat vasitələrində və poçt göndərişlərində reklamın xüsusiyyətləri
- Nəqliyyat vasitələrində reklamın yayılması nəqliyyat vasitələrinin mülkiyyətçiləri ilə bağlanmış müqavilələr və müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında həyata keçirilir.
- Poçt göndərişlərində reklamın yayımı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında həyata keçirilə bilər.
Bu halda reklamın yayımına sərf olunan məbləğ icazə verən orqanın çəkdiyi xərcdən çox ola bilməz. Göstərilən məbləğ bütövlükdə dövlət büdcəsinə daxil olmalıdır.
Maddə 17. Müxtəlif əmtəə növlərinin reklamının xüsusiyyətləri
1. Spirtli içkilərin, tütün və tütün məmulatlarının bütün üsullarla reklamına aşağıdakı hallarda yol verilmir:
- spirtli içkilərin içilməsi və siqaret çəkilməsi prosesinin nümayiş edilməsinə;
- spirtli içkilərin içilməsinin ictimai, idman və şəxsi uğur qazanmaqda, yaxud fiziki və ya psixi halın yaxşılaşmasında vacib rolu olması təəssüratının yaradılmasına;
- spirtli içkidən imtina edənlərin gözdən salınmasına;
- alkoqolun, tütün və tütün məmulatlarının müsbət müalicəvi xassələri haqda məlumatların verilməsinə;
- müəyyən məhsulun tərkibində alkoqolun və nikotinin çox olmasının bu məhsulun üstünlüyi kimi təqdim edilməsinə;
- bilavasitə yetkinlik yaşına çatmayanlara, qadınlara müraciət edildikdə, obraz kimi yeniyetmə və gənclər arasında populyar olan şəxslərdən və idmançılardan, həmçinin 25 yaşadək istənilən şəxsdən istifadə edilməsinə;
- spirtli içki və tütün məmulatları reklamlarının radio-teleyayımlarda yerli vaxtla saat 7.00-dən 22.00-dək yayılmasına;
- spirtli içki və tütün məmulatları reklamının yetkinlik yaşına çatmayanlar və qadınlar üçün nəzərdə tutulan radio və televerilişlərdə, kino və video məhsullarda, mətbuat orqanında hər hansı şəkildəyayımına;
- spirtli içkinin qəzetlərin birinci səhifələrində, jurnalların titul səhifələrində reklam yayımına;
- spirtli içkinin uşaq, təhsil, idman obyektlərində, ayin binalarında və tikililərdə, həmçinin onlardan 100 metrədək məsafədə reklam yayımına.
- spirtli içki və tütün məmulatlarının idman yarışlarının radio teleyayımı zamanı reklam yayımına.
- Tütün və tütün məmulatlarının reklamı qadağan edilir.
- Həkim resepti əsasında buraxılan dərman vasitələrinin, qanunvericilikdə müəyyən olunmuş qaydada istehsalına və ya satışına icazə verilməyən tibb vasitələrinin, habelə tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamına yol verilmir. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı zamanı «Dərman vasitələri haqqında» Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
- Tərkibində narkotik vasitələr və psixotrop maddələr olan preparatların reklamına yol verilmir.
- İstifadəsi üçün xüsusi hazırlıq tələb olunan tibb vasitələrinin reklamına bu maddənin 3-cü bəndində göstərilən tələblər nəzərə alınmaqla, habelə transplantasiyaya aid reklama yalnız tibb sahəsindəixtisaslaşmış mətbuat orqanlarında yol verilir.
- Müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan kütləvi müalicəvi seanslarının, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklam yayımına yol verilmir.
- Bütün növ silahların, hərbi texnikanın reklamına (icazə verilmiş ov və idman silahları istisna olmaqla) yol verilmir.
- Reklam fəaliyyətində parnoqrafiyadan istifadə qadağandır.
- Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında aşağıdakı hallara yol verilmir:
- süni qida məhsullarında körpələrin təsvir olunmasına;
- qida formulları barədə məlumatların elmi və uşaqlara qayğı məsələləri üzrə ixtisaslaşmış nəşrlərdən başqa digər nəşrlərdə verilməsinə;
- süni qida məhsulları ilə bağlı reklam xarakterli materialların tibb müəssisələrində yayılmasına;
- süni qida məhsullarının reklamında süni qidalanmanın ana südünə bərabər və ya ondan üstün olması təsəvvürünün yaradılmasına və ya ana südünün üstünlüyünün qeyd olunmamasına;
- süni qida məhsulları ilə bağlı məlumatların hamilə qadınlar və analar arasında yayılmasına.
- Körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında aşağıdakı hallara yol verilmir: